Avropa çempionatı: Azərbaycanın qadın boksçusu yarımfinala çıxdı
Azərbaycanın qadın boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.
Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər.
Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. Təmsilçimiz bu qələbə sayəsində özü üçün azı bürünc medalı təmin edib.
Boksçumuz sabah final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.