Azərbaycanın veteran cüdoçuları dünya çempionatında yarışacaqlar
Las-Veqasda cüdo üzrə veteranlar arasında dünya çempionatı baş tutacaq.
Mediasport.az xəbər verir ki, 68 ölkədən 1500-dən çox iştirakçının yarışacağı turnirdə Azərbaycan millisi də mübarizə aparacaq.
Heyətdə 11 qat dünya və 10 qat Avropa çempionu Fərhad Rəcəbli ilə yanaşı, 25 idmançının da adı daxil edilib.
Ərizədə ikiqat olimpiya iştirakçısı Zülfiyyə Hüseynova da yer alıb.