7 cüdoçumuz mübarizəyə başlayır
Bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran-pri turniri start götürür.
mediasport.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq. çəkidə Turan Bayramov və Rövşən Əliyev , -66 kq. çəkidə Yaşar Nəcəfov və Ruslan Paşayev medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və Könül Əliyeva -52 kq. çəkidə Gültac Məmmədəliyeva güclərini sınayacaq.