Azərbaycanlı futbolçu Xviçalı "Napoli"yə qarşı 88 dəqiqə oynadı
Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu yoldaşlıq görüşü keçirib.
Mediasport.az xəbər verir ki, müdafiəçinin komandası İtaliya nəhəngi “Napoli” ilə qarşılaşıb.
Əliyev Xviça Kvaratsxeliyalı neapolluların 4:0 hesabı ilə qalib gəldikləri matçda 88 dəqiqə meydanda olub.
Qollardan birini gürcü ulduz vurub. Bir qol da Zamiqin qoruduğu cinahda mövqe səhvindən sonra qeydə alınıb.
Xatırladaq ki, 23 yaşlı oyunçu Albaniya klubuna bu yay “Araz-Naxçıvan”dan keçib.