Azərbaycanlı hakimlər Antalyada daha iki matç idarə etdilər

Azərbaycanlı hakimlər Antalyada daha iki matç idarə etdilər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri daha iki yoxlama oyununu idarə ediblər.

Mediasport.az xəbər verir ki, Almaniyanın “Maqdeburq” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında görüşdə baş hakim Rauf Allahverdiyev olub.

Əkbər Əhmədov isə Serbiyanın “Novi Pazar” komandası ilə Cənubi Koreyanın 23 yaşadək futbolçulardan ibarət “Qanqvun" kollektivinin duelini idarə edib.

Hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.


Türkiyə, Antalya. Yoldaşlıq oyunları


“Maqdeburq” (Almaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:1

Baş hakim: Rauf Allahverdiyev

Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə


“Novi Pazar” (Serbiya) - “Qanqvun” U-23 (Cənubi Koreya) 1:1

Baş hakim: Əkbər Əhmədov

Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov