Elçin Məsiyevə Konfrans Liqasında onlar kömək edəcəklər

Elçin Məsiyevə Konfrans Liqasında onlar kömək edəcəklər

İyulun 27-də Rumıniyada ÇFR və Türkiyənin "Adana Dəmirspor" komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək Elçin Məsiyevin köməkçiləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, yan xətt hakimləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaqlar.

Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.