"Bakı" ikinci oyunu da uduzdu

"Bakı" ikinci oyunu da uduzdu

Kişi həndbolçulardan ibarət “Bakı” Avropa Həndbol Federasiyası (EHF) Kuboku uğrunda yarışın ikinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə cavab oyununa çıxıb.

mediasport.az xəbər verir ki, bu dəfə rəqibinə daha ciddi müqavimət göstərən həndbolçularımız yekunda yerli komandaya məğlubiyyətdən qaça bilməyiblər - 28:37.

Bosniya və Herseqovinada keçirilən iki oyunun nəticəsinə əsasən, “Bakı” EHF Kubokunda mübarizəni dayandırıb. Komandaların ilk görrüşündə də meydan sahibləri qalib gəlmişdilər - 33:17.