Bakı kənd və qəsəbələri turnirində 2-ci turun matçları keçirilib - FOTO

Bakı kənd və qəsəbələri turnirində 2-ci turun matçları keçirilib - FOTO

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.

Əvvəlcə "Mərdəkan" və "Şüvəlan" komandaları üz-üzə gəlib. Matç birincilərin 4:1 hesablı qələbəsilə yekunlaşıb.

"Buzovna" "Binə"yə (0:1), "Keşlə" "Əhmədli"yə (2:5) məğlub olub, "Günəşli" - "Qaraçuxur" (1:1) və "Ramana" - "Zabrat" (0:0) görüşlərində qalib müəyyənləşməyib.

"Sabunçu" "Balaxanı"dan üstün olub (2:0), "Aşağı Güzdək" "Görədil"i (3:1), "Mehdiabad" isə "Məmmədli"ni (4:1) məğlub edib.

Qeyd edək ki, yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.