"Barselona" - PSJ oyunu yalan oldu, MÖCÜZƏni reallaşdırdılar - VİDEO

"Barselona" - PSJ oyunu yalan oldu, MÖCÜZƏni reallaşdırdılar - VİDEO

İngiltərə Birinci Liqasında futbol tarixinin möcüzəsi qeydə alınıb.

mediasport.az xəbər verir ki, "Şeffild Uenzdey" klubu statusuna görə Premyer Liqa və Çempionşipdən sonra üçüncü sayılan yarışın pley-off mərhələsində tarix yazıb.

Şeffild təmsilçisi əfsanəvi Ser Aleks Fergüsonun oğlu Darren Fergüsonun baş məşqçisi olduğu “Piterboro”ya ilk matçda qeydə alınan 0:4 hesablı böyük məğlubiyyətin əvəzini 2 saatın tamamında çıxıb. Əlavə vaxt daxil, görüş 120 dəqiqə davam edib və "Şeffild" 5:1 hesablı qələbə qazanaraq qalibin onbirmetrlik cərimə zərbələrində müəyyənləşdirilməsinə nail olub.

Dramatik və amansız keçən matçın ardından penaltilər seriyasında da üstün olan meydan sahibləri finala vəsiqə qazanıblar.

2016/2017-ci illər mövsümündə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində Fransada PSJ-yə 0:4 uduzan "Barselona" cavab duelində rəqibini 6:1 hesabı ilə məğlub etmişdi.