"Qarabağ" pley-offa çıxsa, "Barselona" və "Yuventus" Bakıya gələ bilər

"Qarabağ" pley-offa çıxsa, "Barselona" və "Yuventus" Bakıya gələ bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

mediasport.az xəbər verir ki, Ağdam klubunun 1/16 finalda qarşılaşa biləcəyi mümkün komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra aydınlıq gəlib.

Komandamız Avroliqada qrupdan çıxsa, pley-offda "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna) və ya "Yuventus"la (İtaliya) qarşılaşa bilər.

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq.