"Bayer" - "Qarabağ" oyununun hakimlər briqadası açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində oktyabrın 26-da Almaniyada keçiriləcək "Bayer" - "Qarabağ" oyununun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər idarə edəcəklər.
Baş hakim Horatiu Fesniçə yan xətlərdə Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək. Dördüncü hakim funksiyasını Şabols Kovaç yerinə yetirəcək.
VAR-da portuqaliyalı Tiaqu Martinş və italiyalı Paolo Valeri iş başında olacaq.
"BayArena"da keçiriləcək görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.