"Beşiktaş" onu da göndərib
Türkiyə təmsilçisi "Beşiktaş" müdafiəçi Erik Bayi ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bayi 2023-cü ildən Türkiyə klubunda çıxış edir. O, 2016-2022-ci illərdə "Mançester Yunayted"də forma geyinib.
"Qara qartallar" öncədən Vensan Abubakar, Valentin Rozye, Raşid Gezzal və Yan Onananı da heyətdən kənarlaşdırıb.