Beynəlxalq qurumdan ölkəmizdə keçiriləcək yarışlarla bağlı QƏRAR

Beynəlxalq qurumdan ölkəmizdə keçiriləcək yarışlarla bağlı QƏRAR

Avropa Gimnastikası İcraiyyə Komitəsinin qərarına əsasən, qarşıdakı illərdə keçiriləcək yarışlardan ikisi Azərbaycanda baş tutacaq.

Mediasport.az xəbər verir ki, ölkəmiz 2025-ci ildə Gəncədə aerobika üzrə Avropa çempionatına, eləcə də Avropa yaş qrupu yarışlarına ev sahibliyi edəcək.

Turnirlərin keçirilmə tarixləri də açıqlanıb: yaş qrupları üzrə yarışlar noyabrın 9-11-də, qitə birinciliyi noyabrın 14-16-da olacaq.