Universitet İdman Festivalında ölkəmizi 10 boksçu təmsil edəcək
Azərbaycan avqustun 19-dan 31-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq.
mediasport.az xəbər verir ki, yarış Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr olunub.
Elbrus Rzayevin rəhbərlik etdiyi kişilərdən ibarət millidə Tural Sarıyev (51 kq), Nicat Hüseynov (54 kq), Amin Məmmədzadə (57 kq), Əzrək Bəbirov (60 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq) və Fərhad Şeydayev (75 kq) qüvvəsini sınayacaq.
Qadınlardan ibarət yığma isə festivalda 3 idmançı ilə təmsil olunacaq. Rafiq İsmayılovun rəhbərliyi altında Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar. Qadın boksçular Yekaterinburqa avqustun 17-də gedəcəklər.
Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalında boks yarışları avqustun 19-da başlayacaq və 7 gün davam edəcək.