Boks millimizdən AÇ-də tarixi nəticə, 4 idmançımız finalda - 5 medal!

Boks millimizdən AÇ-də tarixi nəticə, 4 idmançımız finalda - 5 medal!

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsi başa çatıb.

MediaSport.az xəbər verir ki, milli komandamızın 4 (2 oğlan, 2 qız) üzvü adını finala yazdırıb.

Kişi boksçularımızdan həlledici görüşə vəsiqə qazanan Məhəmmədəli Aşurəliyev finalda ingiltərəli Adam Maca, Məhəmmədəli Qasımzadə bolqarıstanlı Viktorio İliyevlə qarşılaşacaq.

Finala çıxan xanım idmançılarımızdan Nərmin Əlizadə ingiltərəli Rubi Vaytla, Emili Rzayeva isə polşalı Yoanna Araşevşka ilə münasibətlərini aydınlaşdıracaq.

Aynur Mikayılova isə bürünc medalla kifayətlənib. Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmanın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçunun finala yüksəlməsi tarixdə ilk dəfə qeydə alınıb.

33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri sabah keçiriləcək.