"Bəlkə də layiq olmadığımız məğlubiyyətlər yaşadıq" - Romao

"Bəlkə də layiq olmadığımız məğlubiyyətlər yaşadıq" - Romao

"Qarabağ"ın futbolçusu Julio Romao UEFA Avropa Liqasında əsas mərhələnin "Olimpiakos"la 8-ci tur matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Mediasport.az braziliyalı yarımmüdafiəçi oyunun taleyini xırda detalların həll edəcəyini deyib.

Cənubi amerikalı rəqibin yaxşı vəziyyətdə olduğunu bildirib:

"Turnir cədvəlinə baxanda görürük ki, "Olimpiakos" daha yaxşı vəziyyətdədir. Aşağı pillələrdə olmağımıza baxmayaraq, sabah yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

Romao görüşə motivasiya olmaq üçün futbolçularla öz aralarında nə danışdıqlarına toxunub:

"Bizim üçün hər oyun önəmlidir. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, hər matça müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabah da istisna olmayacaq. Avropa Liqasını daha yuxarı pillələrdə bitirmək üçün çalışacağıq".

"Sambaçı" "Qarabağ"ın turnir cədvəlindəki yeri ədalətlidir?" sualını belə cavablandırıb:

"Mənə görə ədalətlidir. Çünki futbolda rəqibinin səni yaralamağına şərait yaradırsansa, səni yaralayacaq. Bir çox matçlarda yaxşı oynadıq, bəlkə də layiq olmadığımız məğlubiyyətlər yaşadıq. Sabah son oyunumuzdur. Turniri layiqli şəkildə bitirmək üçün əlimizdən gələni edəcəyik".