Bakı Olimpiya Stadionu dünyanın 100 ən yaxşı arenası arasında - İlk "10-luq"

Bakı Olimpiya Stadionu dünyanın 100 ən yaxşı arenası arasında - İlk "10-luq"

Məşhur “FourFourTwo” nəşri dünyanın ən yaxşı 100 stadionunun sıyahısını tərtib edib.

MediaSport.az xəbər verir ki, sıralamada Bakı Olimpiya Stadionu (BOS) da yer alıb.

69 min 870 nəfər yerlik arena sıralamada 41-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq tərtib edilərkən beş əsas meyar -  tikinti tarixi, atmosfer, genişlik, memarlıq və ətraf mühit nəzərə alınıb.

Reytinqə Argentinanın “La Bombonera” stadionu başçılıq edir. İlk "10-luq" aşağıdakı kimidir:


1. “La Bombonera” (Argentina)

2. “Marakana” (Braziliya)

3. “Siqnal İduna Park” (Almaniya)

4. “Tottenhem Hotspur” (İngiltərə)

5. “Monumental” (Argentina)

6. “Asteka” (Meksika)

7. “Nou Kamp” (İspaniya)

8. “Uembli” (İngiltərə)

9. “Aybroks” (Şotlandiya)

10. “San Siro” (İtaliya)