SON DƏQİQƏ! "Neftçi" və "Turan"ın yetirmələri danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildilər

SON DƏQİQƏ! "Neftçi" və "Turan"ın yetirmələri danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildilər

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

mediasport.az xəbər verir ki, MOİK-in 2 üzvü - Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

“Neftçi”nin yetirməsi olan Emin Mehtiyev “Abşeron”, “Sumqayıt”, “Səbail”, “Qaradağ Lökbatan”, “Keşlə” klublarının, həmçinin Türkiyədə “Niksar Bələdiyyəspor”un formasını geyinib.

Fərmayıl Əliyev isə “Turan”ın yetirməsidir. O, müxtəlif vaxtlarda “Şərurspor” və “Neftçala”nın heyətində çıxış edib.