Afrika Millətlər Kuboku: 1/8 final mərhələsinin cütləri məlumdur

Afrika Millətlər Kuboku: 1/8 final mərhələsinin cütləri məlumdur

Afrika Millətlər Kuboku turnirində qrup mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə Cənubi Afrika - Tunis (0:0), Namibiya - Mali (0:0), Tanzaniya - Konqo (0:0) matçlarında qapılara qol vurulmayıb, Mərakeş Zambiyanı məğlub edib (1:0).

Bununla da, Mali, Cənubi Afrika, Namibiya, Mərakeş, Konqo növbəti mərhələyə vəsiqə qazanıb, Tunis, Zambiya və Tanzaniya turnirlə vidalaşıb.

Artıq yarışın 1/8 final mərhələsinin cütləri də məlumdur. "Qarabağ"ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo Verde millisi pley-offda Mavritaniya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, çempionata ev sahibliyi edən Fil Dişi Sahili qrup üçüncüləri arasında növbəti mərhələyə vəsiqə qazanan komandalardan olub.

Afrika Millətlər Kuboku. 1/8 final cütləri

27 yanvar

Anqola - Namibiya

Nigeriya - Kamerun

28 yanvar

Ekvatorial Qvineya - Qvineya

Misir - Konqo

29 yanvar

Kabo Verde - Mavritaniya

Seneqal - Fil Dişi Sahili

30 yanvar

Mali - Burkina Faso

Mərakeş - Cənubi Afrika