Naxçıvan və Bakı cüdoçularının birgə toplanışı keçirilib

Naxçıvan və Bakı cüdoçularının birgə toplanışı keçirilib

Naxçıvan şəhərində yerli və Bakıdan olan çüdoçuların birgə məşqi baş tutub.

Mediasport.az xəbər verir ki, nazirliyin dəstəyi, Naxçıvan Güləş Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində cüdoçular üçün bir günlük təlim-məşq toplantısı təşkil olunub.

Federasiyanın sədri Faiq İsgəndərov toplanışdan əvvəl etdiyi çıxışda bu tip fəaliyyətlərin uşaq və yeniyetmə cüdoçuların inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Məlumata görə, "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi Vüqar Əliyev bir qrup tələbəsi ilə toplantıda iştirak edib, yerli məşqçilərlə birgə idmançılara yeni biliklər aşılayıb.

Toplantının yekununda fəal idmançılara diplom təqdim olunub.