Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 3 medal qazandılar

Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 3 medal qazandılar

Yeniyetmələrdən ibarət cüdo yığmamızın 3 üzvü Portuqaliyanın Koimbra şəhərində keçirilən Avropa Kuboku turnirində 3 medal qazanıb.

mediasport.az xəbər verir ki, yarışın ilk günü oğlanların yarışında -50 kq., -55 kq və -60 kq çəki dərəcələrində 7 cüdoçumuz tatami üzərinə çıxıb.

-50 kq-da final görüşündə iki cüdoçumuz - Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Qızıl medalı Feyzullayev əldə edib.

-55 kq çəkidə Həsən Həsənli bürünc medalla kifayətlənib. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev isə yarışı 5-ci yerdə başa vurub..