Bozalqanlı məktəblisi Ayxan Abbasova nə hədiyyə elədi?

Bozalqanlı məktəblisi Ayxan Abbasova nə hədiyyə elədi?

Bu gün “Turan Tovuz”un kollektivi - baş məşqçi Ayxan Abbasov, akademiyanın koordinatoru Rasim Əliyev, əsas komandanın futbolçuları Kamal Bayramov, Cavid Tağıyev, Piruzi Marakvelidze, Natan Oduva və Ayxan Hüseynov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin qonağı olublar.

mediasport.az xəbər verir ki, rayonun ən qabaqcıl və müasir məktəblərindən olan Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev, müəllim və şagird heyəti komandanı yüksək səviyyədə qqarşılayıb.

Sinif otaqlarını, məktəbdəki yüksək səviyyəli şəraitlə tanış olduqdan sonra, şagirdlərlə futbolçular arasında mini oyun keçirilib.

Şagirdlərin əl işləri maraqla qarşılanıb. Daha sonra akt zalında görüş təşkil edilib. Məktəbin direktoru Nüsrət Quliyev komandanı salamlayaraq uğurlar arzu edib. Baş məşqçi Ayxan Abbasov, futbolçular yüksək qonaqpərvərliyə görə məktəb rəhbərliyinə, müəlim və şagird heyətinə təşəkkürlərini bildiriblər, komanda haqda ətraflı məlumat veriblər.

Sual-cavab hissəsindən sonra Nüsrət Quliyevə klubun artibutları təqdim edilib. Məktəbin nümunəvi və əlaçı şagirdlərindən olan Nigar Qasımova çəkdiyi rəsmi - əl işini Ayxan Abbasova hədiyyə edib.