"İdmanxeber.az" 11 yaşında!

"İdmanxeber.az" 11 yaşında!

Bu gün "İdmanxeber.az" saytı üçün əlamətdar gündür.

2013-cü ilin 13 avqustunda yaradılan elektron qəzet fəaliyyətinin 11 illiyini qeyd edir.

Kütləvi informasiya vasitəsi fəaliyyəti dövründə izləyicilərini idman meydanlarında baş verən ən son yeniliklərlə vaxtında məlumatlandırmaqla yanaşı, həm də ölkə idmanının inkişafına töhfə verir.

Mediasport.az başda təsisçisi Səxavət Qurbanov olmaqla, saytda əməyi keçən, fəaliyyət göstərən həmkarları təbrik edir, onlara qarşıdakı illərdə yeni-yeni uğurlar arzulayır.