"Şamaxı" heyətini serbiyalı müdafiəçi ilə gücləndirdi - RƏSMİ
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi serbiyalı Vasiliye Radenoviçi heyətinə qatıb.
Mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
30 yaşlı futbolçunun son klubu Bosniya və Hersoqavinanın “Gabela” olub.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda daha əvvəl Bahadur Həziyev, Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rüfət Abbasov, Rauf Rüstəmli, Belaydi Pusi, Brahim Konate, Giorgi Kantaria, Rikardo Fernandeş və Kamal Bayramovla güclənib.