Britaniyalı diplomat "Tottenhem"lə matçda "Qarabağ"a uğur arzuladı

Britaniyalı diplomat "Tottenhem"lə matçda "Qarabağ"a uğur arzuladı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenham”la bugünkü oyununda uğurlar arzulayıb.

Mediasport.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!”, – paylaşımda qeyd olunub.