"Qarabağ"ın koordinatoru "Qalatasaray"ın akademiyasında

"Qarabağ"ın koordinatoru "Qalatasaray"ın akademiyasında

“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər.

Ağdam təmsilçisindən "Mediasport"a verilən məlumata görə, qonaqları “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik qəbul ediblər.

Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub.

Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.