Azərbaycan klubu baş sponsorluq müqaviləsi bağladı - RƏSMİ

Azərbaycan klubu baş sponsorluq müqaviləsi bağladı -   RƏSMİ

Yeni mövsümdən Birinci Divizionda mübarizə aparacaq “İmişli” futbol klubu ilə “RDC” MMC arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

MediaSport.az xəbər verir ki, Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq razılaşması bu gün rəsmən imzalanıb.

İmzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov və “RDC” MMC-nin direktoru Kamran Eyyubov imzalayıblar. Müqaviləyə əsasən, “RDC” MMC yeni mövsümdən “İmişli”nin baş sponsoru olacaq.

Qeyd edək ki, şirkət maliyyə, vergi, mühasibat, hüquq və insan resursları xidməti göstərməklə məşğuldur.