Bürünc medalçı məlumdur, final seriyası başlanır - Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında bürünc medalların qalibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, 3-cü yer uğrunda qarşılaşmada "AAAF Xırdalan"a qalib gələn NTD mükafata yiyələnib.
NTD basketbolçuları 100:79 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular qalib komandadan Londel Kinq (40 xal, 16 ribaund), məğlub tərəfdən isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.
Final oyunu seriyasına isə bu gün start veriləcək. "Sabah" və "Gəncə" klubları üz-üzə gələcək. Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.