Canni De Byazi: "Bu qrupdan çıxmaq, demək olar, mümkün deyil"
2020-ci ildən milli komandamıza rəhbərlik edən Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.
mediasport.az xəbər verir ki, "StadioSport.it"ə danışan italiyalı mütəxəssis yığmamızın AÇ-2024-ün seçmə mərhələsində çətin qrupda yer aldığını deyib:
"Əvvəlcə bəzi problemlər var idi, mentaliteti dəyişmək lazım gəldi. Son matçların hamısında qələbə qazandıq və ümid edirəm ki, belə davam edəcəyik. Biz Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveç kimi rəqiblərlə eyni qrupda yer almışıq. Bu qrupdan çıxmaq, demək olar, mümkün deyil. Dördüncü səbətdən bu qrupa düşmüşük və yalnız Estoniya aşağı-yuxarı bizim səviyyəmizdə olan rəqibdir. Çəx çətin qrupdur, amma buna baxmayaraq, əlimdə olan bütün şanslardan sona qədər istifadə edəcəm. Əks halda heç vaxt təslim olmaram”.