Qadın güləşçilərimiz dünya çempionatında medalsız qaldılar
Azərbaycanın qadın güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında medal qazana bilməyiblər.
Mediasport.az xəbər verir ki, Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) təsəlliverici görüşlərdə məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, dünən yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar.
Mundiala sabah yekun vurulacaq.