İdmançılarımız "Olimpiya ümidləri" reqatasında iştirak etdilər - VİDEO

İdmançılarımız "Olimpiya ümidləri" reqatasında iştirak etdilər - VİDEO

Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə "Olimpiya ümidləri" beynəlxalq reqatası keçirilib.

Mediasport.az xəbər verir ki, böyük məşqçilər Mirnazim Cavadovla Boqdan Kurudzun rəhbərliyi altında 5 idmançımız yarışda yer alıb.

Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə kanoe növündə Azərbaycanı təmsil ediblər.

İdmançılarımız turnirdə medal qazana bilməyiblər. Əlimurad Hacızadə ilk dəfə iştirak etdiyi turnirdə A finalına qədər yüksəlib.