ÇL-in pley-offunda oynayacaq ən bahalı futbolçulardan ibarət "11-lik"

ÇL-in pley-offunda oynayacaq ən bahalı futbolçulardan ibarət "11-lik"

UEFA Çempionlar Liqasında qrup mərhələsindən pley-offa vəsiqə qazanan komandaların ən bahalı futbolçularından ibarət simvolik "11-lik" təşkil edilib.

Mediasport.az xəbər verir ki, heyətin ümumi dəyəri 1.19 milyard avrodur.

Çempionlar Liqasında pley-offa vəsiqə qazanan komandaların ən bahalı futbolçularından ibarət rəmzi komanda:

Qapıçı: Canluici Donnaruma (PSJ, 45 milyon avro)

Müdafiəçilər: Alfonso Deyvis ("Bayern", 70 milyon), Yoşko Qvardiol ("Mançester Siti", 80 milyon), Ruben Diaş ("Mançester Siti", 80 milyon), Ronald Arauxo ("Barselona", 70 milyon)

Yarımmüdafiəçilər: Cud Bellingem ("Real", 150 milyon), Deklan Rays ("Arsenal", 100 milyon), Camal Musiala ("Bayern", 110 milyon)

Hücumçular: Kilian Mbappe (PSJ, 180 milyon), Erlinq Haaland ("Mançester Siti", 180 milyon), Bukayo Saka ("Arsenal", 120 milyon).


Rövşən