ÇL-də həftənin ən yaxşı futbolçusu olmağa namizədlər açıqlandı - FOTO
Futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinal matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
mediasport.az xəbər verir ki, qalib adı uğrunda "Real"dan Vinisius Junior, "Mançester Siti"dən Kevin De Brüyne və "İnter"in 2 futbolçusu - Nikola Barella ilə Henrix Mxitaryan mübarizə aparır.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.