"Turan Tovuz" göndərdi, Premyer Liqanın digər klubuna keçdi - RƏSMİ
Ötən mövsümü "Turan Tovuz"da əsasən ehtiyat oyunçu kimi keçirmiş Ehtiram Şahverdiyevin yeni komandası müəyyənləşib.
MediaSport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını digər qərb təmsilçisi "Kəpəz"də davam etdirəcək.
U-21 yığmamızda, "Sumqayıt" və "Qəbələ"də də forma geyinmiş futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Tovuz klubu 20 gün əvvəl Şahverdiyevlə müqavilə müddətini 1 il artırmışdı.