"Yeni çempionları bu istiqamətdə dəstəkləmək məni xoşbəxt edir"

"Yeni çempionları bu istiqamətdə dəstəkləmək məni xoşbəxt edir"

"Hidayət Heydərov və Zelim Kotsoyev bizim yeni qəhrəmanlardır. Onlar kimi çempionlar ölkəmiz və federasiyamız üçün böyük fəxrdir".

Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

Federasiya rəsmisi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində Beynəlxalq Cüdo Federasiyasına açıqlama verib.

E.Məmmədli Pekin-2008 Yay Olimpiya Oyunlarında qələbə qazandıqdan sonra gənclərə nümunə olduğunu bildirib:

"2008-ci ildə Pekin Olimpiadasında çempion olandan sonra gənclərə yeni örnək simaların olması vacib idi. Bunun nə olduğunu dəqiq bilirəm və yeni çempionları bu istiqamətdə dəstəkləmək məni xoşbəxt edir".