Musa Qurbanlı 45 dəqiqə oynayıb, komandası səfərdə 3 xal qazanıb
Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç Superliqasında 28-ci tur oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Stokholm təmsilçsi səfərdə "Brommapoykarna" ilə qarşılaşıb.
"Yurqorden" hər iki hissədə vurduğu 1 qolla səfərdə 3 xal qazanıb - 2:1.
21 yaşlı forvard matça start heyətdə başlayıb və fasilədən sonra əvəzələnib.
Xal ehtiyatını 50-yə çatdıran komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və 1 matç az keçirmiş lider "Elfsborq"dan 10 xal, azı bürünc medal uğrunda yarışan "Hekken"dən 4 xal geri qalır.
Qeyd edək ki, çempionatın başa çatmasına 2 tur qalıb.