İdmançımız dünya çempionatında 3 bürünc medal qazanıb

İdmançımız dünya çempionatında 3 bürünc medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı yekunlaşmaq üzrədir.

Mediasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir.

Azərbaycan təmsilçilərindən körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb. 

Atletimiz birdən qaldırma hərəkətində 180 kq-I ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanla qaldırma hərəkətində 223 kq-I başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.