DÇ-2022-nin oyunlarını bu teleaparıcılar şərh edəcəklər
Noyabrın 20-də Qətərdə start götürəcək Dünya çempionatının yayım hüququna sahib "İctimai" tv-də oyunların şərhçi heyəti bəlli olub.
mediasport.az xəbər verir ki, məlumatı İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov "Radio Enerji"də (101.1 FM) yayımlanan "Səhərin şərhi" proqramına açıqlamasında deyib.
Onun sözlərinə görə, mundialın matçlarını kanalın əməkdaşları Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyevlə yanaşı, "CBC Sport"dan Pərviz Musayev, Ramiz Mirzəzadə, Elnur Məmmədli, Ramil Cahangirov və Gündüz Abbaszadə də şərh edəcək.
Dünya Kubokunun görüşləri dekabrın 18-də başa çatacaq.