DÇ-2022 - Qana yığmasının mundial üçün yekun heyəti müəyyənləşdi
Qana milli komandasının DÇ-2022 üçün yekun heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, Afrika təmsilçisinin baş məşqçisi Otto Addo mündialda 26 futbolçunun xidmətindən istifadə edəcək.
Qapıçılar: Manaf Nuruden ("Eupen", Belçika), Danlad İbrahim ("Asante Kotoko"), Lourens Ati-Zigi ("Sent-Qallen", İsveçrə)
Müdafiəçilər: Denis Odoi ("Fulhem", İngiltərə), Tarik Lampti ("Brayton", İngiltərə), Alidu Seydu ("Klermon", Fransa), Daniel Amarti ("Lester", İngiltərə), Cozef Aydu ("Selta", İspaniya), Aleksander Ciku ("Strazbur", Fransa), Məhəmməd Salisu ("Sauthempton", İngiltərə), Əbdül-Rəhman Baba ("Ridinq", İngiltərə), Gideon Mensa ("Zalsburq", Avstriya)
Yarımmüdafiəçilər: Andre Ayyu ("Əl-Sədd", Qətər), Tomas Parti ("Arsenal", İngiltərə), Elişa Ovusu ("Genk", Belçika), Salis Əbdül Səməd ("Lans", Fransa), Məhəmməd Kudus ("Ayaks", Niderland), Daniel-Kofi Kiyere ("Frayburq", Almaniya)
Hücumçular: Daniel Afriye ("Harts of Ouk"), Kamal Din Süleyman ("Renn", Fransa), İssaaku Əbdül Fatavu ("Sportinq", Portuqaliya), Osman Bukari ("Srvena Zvezda", Serbiya), İnyaki Uilyams ("Atletik", İspaniya), Antuan Semenyo ("Bristol", İngiltərə), Cordan Ayyu ("Kristal Pelas", İngiltərə), Kamal Sova ("Brügge", Belçika)
Qana yığması H qrupunda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.