Güləşçilərimiz Dünya Seriyasında
Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Dünya Seriyasının 4-cü mərhələsində iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, yarış bu gün Rumıniyanın Konstansa şəhərində start götürəcək.
İki gün davam edəcək Dünya Seriyasının 4-cü mərhələsində Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) mübarizə aparacaqlar.