Jota DÇ-ni buraxacaq
Portuqaliya millisi DÇ-2022 öncəsi şok itki ilə üzləşib.
mediasport.az xəbər verir ki, yığmanın "Liverpul"da çıxış edən hücumçusu Dioqu Jota ciddi zədə alıb.
Bu barədə açıqlama verən Liverpul klubunun baş məşqçisi Yürgen Klopp 26 yaşlı forvardın gələn ay Qətərdə start götürəcək Dünya çempionatında iştirak edə bilməyəcəyini deyib.