"Hər kəs əlindən gələni etdi və komanda oyunu göstərdik"
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Azərbaycan çempionluğunu hədəfləyib.
Mediasport.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Cengiz Akarçeşme deyib.
Türkiyəli mütəxəssis “Gəncə”ni 3:0 hesabı ilə məğlub etdikləri Yüksək Liqanın 17-ci turunun matçından sonra fikirlərini bölüşüb:
“Bizim üçün yaxşı oyun oldu. İstədiklərimizi yerinə yetirdik və 3 xal qazandıq. Bu görüş pley-offa hazırlıqlardan biri idi. Mövsümü çempion kimi başa vurmaq istəyirik”.
“Azərreyl”in xorvatiyalı voleybolçusu Katarina Pilepiç də yaxşı oyun keçirdiklərini bildirib:
“Çıxışımızdan razı qaldıq. Hər kəs əlindən gələni etdi və komanda oyunu göstərdik. Hər birimiz müsbət enerji və qələbə inamı ilə meydana çıxmışdıq. Kollektiv şəkildə uğur qazana bildik”.
“Azərreyl” hazırda 42 xalla çempionatda liderlik edir.