"Qarabağ"ın qapıçısı Rusiya və Avropa klublarının hədəfində

"Qarabağ"ın qapıçısı Rusiya və Avropa klublarının hədəfində

"Qarabağ"da uğurlu çıxışı ilə ümidləri doğruldan Andrey Lunyov ölkəsi Rusiya ilə yanaşı, Avropanın digər klublarının da maraq dairəsinə düşüb.

33 yaşlı qapıçıya hələlik rəsmi dəvət gəlməsə də, agenti vasitəsilə şifahi təkliflər alıb.

Ötən yay Azərbaycan çempionu ilə 1+1 il şərtli müqaviləyə qol çəkən Rusiya millisinin üzvü karyerası ilə bağlı yekun qərarını yayda verəcək.

"Köhlən atlar" Lunyovla mövsümün sonunda anlaşmanı daha 2 il müddətinə uzatmağı planlaşdırırlar.

"Qarabağ"da qalmaqdan yana olan qolkiperin ağdamlılarla yeni müqavilə bağlayacağı bildirilir.

Azərbaycan karyerasından sonra yenidən milliyə yolu açılan "çərçivə" qoruyucusu vətənində "Torpedo", "Saturn", "Ufa", "Zenit"də və Almaniyada "Bayer"in (Leverkuzen) formasını geyinib.

Mediasport.az