Mahir 90 dəqiqə meydanda oldu, komandası səfərdən məğlub ayrıldı

Mahir 90 dəqiqə meydanda oldu, komandası səfərdən məğlub ayrıldı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Elversberq"in qonağı olub.

27 yaşlı forvardın əvəzlənmədən keçirdiyi matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Mahir 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Nürnberq" 15 turdan sonra 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.