Dünya çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinala çıxdı
İordaniyada güləş üzrə U-17 dünya çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, Amma şəhərində keçirilən mundialın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Xalçaya çıxan 5 idmançımızdan 2-si yarımfinala vəsiqə əldə edib.
Yarış avqustun 25-dək davam edəcək.
U-17 dünya çempionatı. Yunan-Roma güləşi
4️8️ kq
Əmrah Əmrahov ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhajiya 0:8 hesabıyla məğlub olub.
55 kq
Əli Nəzərov startda gürcüstanlı David Qabedavanı 5:3 hesabıyla məğlub edib. O, 1/4 finalda amerikalı Ceyden Raneyə 3:4 hesabıyla uduzub.
65 kq
Emil Abdullayev serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı Vladislav Pokotilo ilə qarşılaşacaq.
80 kq
Orxan Hacıyev çinli Jeyinq Sonqu (10:1), ardınca qırğızıstanlı Joomart Aşimovu (tuş) və ermənistanlı Arame Arakelyanı (7:1) məğlub edib. Milli üzvü yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşacaq.
110 kq
Abdullah Həsənov 1/8 finalda ermənistanlı Seyran Kirakosyana məğlub olub – 0:4.