"Səhvlərə yol verdim, çıxışım məni tam qane etmədi" - Avropa ikincisi
Güləş üzrə U-23-lər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanan yunan-roma milli komandamızın üzvü Xasay Əliyev çıxışı haqda danışıb.
mediasport.az xəbər verir ki, gənc pəhləvan çempionluq dalınca yollandığını bildirib. O, çıxışından tam razı qalmayıb:
- Çıxışım məni tam qane etmədi. İkinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq. İlk 3 görüşdə rahat qələbə qazandım. Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam.