Rüstəm Orucovla Hidayət Heydərov millinin heyətindən çıxarılıb - SƏBƏB?
Sabah İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış - “Masters” turniri start götürəcək.
mediasport.az xəbər verir ki, dekabrın 22-nə qədər davam edəcək yarışda Azərbaycan yığması tam heyətlə çıxış edə bilməyəcək.
-73 kq. çəkidə çıxış etməli olan Rüstəm Orucov və Hidayət Heydərov zədələndikləri üçün millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə heyətdən çıxarılıblar.
Yarışda Azərbaycanı 13 cüdoçu təmsil edəcək. Kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.
Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu iştirak edəcək.