Dünyanın məşhur idman nəşrləri "Qarabağ"ın qolunu müzakirə edir

Dünyanın məşhur idman nəşrləri "Qarabağ"ın qolunu müzakirə edir

Futbol üzrə UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin ilk turu çərçivəsində Portuqaliyada baş tutmuş "Braqa" - "Qarabağ" (2:4) oyununda Abdullah Zubirin vurduğu qol dünyanın aparıcı mətbu orqanlarında müzakirələrə səbəb olub.

Mediasport.az xəbər verir ki, məşhur "The Sun", "Talk Sport" kimi nəşrlər 54-cü dəqiqədə Ağdam klubunun vingerinin fərqləndiyi epizodda meydan sahibi futbolçunun kuryoz hərəkətindən danışır.

Yassin Benzianın cərimə zərbəsi zamanı canlı səddin arxasında yerə uzanan meydan sahiblərinin müdafiəçisi Viktor Qomes qolda "pay sahibi" olub.

İspaniyalı Benzianın zərbəsinin qarşısını almağa çalışarkən süni ofsaydı pozub və Zubirin qapıçı ilə təkbətək qalmasına şərait yaradıb.