"Qarabağ" və "Neftçi" dünya sıralamasında irəliləyib - REYTİNQ

"Qarabağ" və "Neftçi" dünya sıralamasında irəliləyib - REYTİNQ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanı 2 klub təmsil edir.

403 komanda arasında ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti" (359 xal) başçılıq edir. İspaniya təmsilçisi "Real" (332 xal) ikinci, İtaliyadan "İnter" (281 xal) üçüncüdür.