Futboldan uzaqlaşdırılacağı gözlənilən dünya çempionu "Yuventus"a da lazım deyil

Futboldan uzaqlaşdırılacağı gözlənilən dünya çempionu "Yuventus"a da lazım deyil

"Yuventus" rəhbərliyi yarımmüdafiəçi Pol Poqbanı komandadan göndərmək istəyir.

Mediasport.az xəbər verir ki, Turin klubu bir müddət əvvəl dopinq testi müsbət çıxmış dünya çempionu ilə yolları ayırmağa qərar verib.

İtaliya mətbuatı yazır ki, "qoca sinyora" 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcək.

Qeyd edək ki, "byankonerilər"in heyətində sentyabrdan məşqə çıxmayan Poqbanın futboldan 2-4 illik uzaqlaşdırılacağı gözlənilir.